NTV-nin sədr müavini vəzifəsindən azad edildi - Yeni təyinat

NTV-nin sədr müavini vəzifəsindən azad edildi - Yeni təyinat
22 İyl 2026 23:44

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Xaliq Yunis oğlu Babayev vəzifəsindən azad edilib.

Bu barədə Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Həmçinin eyni tarixli digər bir sərəncamla isə Vüsal Hicran oğlu Muradov “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Vüsal Hicran oğlu Muradova həvalə olunub.


Sizin reklam burada
Sizin reklam burada