Yayım qızmar bədən hərarətində bir çox insan anidən rahatlamaq üçün buz kimi soyuq suya üstünlük verir. Lakin həkimlər və tibb mütəxəssisləri bu vərdişin göründüyü qədər məsum olmadığını bildirirlər.
News365.az xəbər verir ki, həddindən artıq soyuq su qəbul etmək orqanizmin təbii balansı üçün müəyyən risklər yaradır.
Mütəxəssislərin sözlərinə görə, buzlu su dil və boğazdakı reseptorları tez keyitdiyi üçün insanda aldadıcı bir toxluq hissi yaradır. Nəticədə insan bədəninin ehtiyacı olan miqdarda su qəbul etmədən su içməyi dayandırır ki, bu da gizli susuzlaşmaya (dehidratasiyaya) gətirib çıxarır.
Buzlu suyun digər bir mənfi tərəfi isə tərləmə prosesini kəskin şəkildə ləngitməsidir. Tərləmə organizmin hərarəti tənzimləmək üçün istifadə etdiyi ən əsas təbii soyuma mexanizmidir. Soyuq su bu prosesi tormozlayaraq bədənin daxildən soyumasını çətinləşdirir.