Sədərək Ticarət Mərkəzinin cənub çıxışından (Texniki Müayinə Mərkəzinin yanından) çıxan sürücülərin hərəkəti daha da rahatlaşdırılıb.
News365.az xəbər verir ki, əvvəllər ticarət mərkəzinin bu çıxışından çıxan sürücülərin rayon istiqamətində hərəkət etməsi mümkün deyildi, çünki həmin istiqamətdə birbaşa yol mövcud olmayıb. Sürücülərin yolunu qısaltmaq və rahat hərəkətini təmin etmək üçün buradan birbaşa rayon istiqamətinə çıxış yaradılıb.
Yeni çəkilmiş yol sayəsində sürücülər artıq əlavə istiqamətlərə qoşulmadan birbaşa rayon yoluna doğru hərəkətlərini davam etdirə biləcəklər.