Üzüyü barmağını sıxdı, xilasediciləri köməyə çağırdı - VİDEO

Üzüyü barmağını sıxdı, xilasediciləri köməyə çağırdı - VİDEO
13:40

Üzüyünün barmağını sıxmasından əziyyət çəkən Abşeron rayon sakini K.Bədəlova Rayon Mərkəzi Xəstəxanasına müraciət etmək məcburiyyətində qalıb.

News365.az xəbər verir ki, xəstəxanada üzüyün çıxarılması mümkün olmadıqda, Fövqəladə Hallar Nazirliyindən kömək istəmək qərara alınıb.

FHN Bakı Regional Mərkəzinin xilasediciləri dərhal xəstəxanaya gəlib və təhlükəsizlik qaydalarına riayət etməklə, həkimlərin nəzarəti altında xüsusi vasitələrlə üzüyü kəsərək vətəndaşın barmağından çıxarıblar.



Sizin reklam burada
Sizin reklam burada