Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib
12:20

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib. 

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən News365.az-a verilən məlumata görə, saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Xankəndi, Xocalı və Ağdərədə də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.Bayraqlar yarıya qədər endirilib.


Sizin reklam burada
Sizin reklam burada