Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir.
Milli ədəbiyyatın inkişafında və poeziya sahəsində böyük xidmətləri ilə tanınan şairin vəziyyəti həm ədəbi ictimaiyyət, həm də oxucular tərəfindən diqqətlə izlənir.
Xalq şairinin hazırki səhhəti ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri (AYB) Xəyal Rza News365.az-a açıqlama verib.
Onun sözlərinə görə, Xalq şairi Nəriman Həsənzadənin səhhəti hazırda stabildir. O, həkim nəzarəti altında müalicəsini davam etdirir və vəziyyəti ciddi narahatlıq yaratmır.
Həkim nəzarətində olan Nəriman Həsənzadənin tezliklə sağalacağına ümidlər böyükdür.
News365.az