Bakının Nərimanov rayonunda qumar oyunları oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib.
News365.az xəbər verir ki, Bakı şəhər sakini Akif Verdiyev (ad-soyad şərti verilib – red.) Nərimanov rayonu ərazisində “pinup” onlyan qumar saytına daxil olaraq kazino oyunları oynayıb.
Müəyyən edilib ki, o, “pin-up80v.com” saytında istifadəçi profili yaradaraq qumar oyunları oynayıb, bank hesabından müxtəlif vaxtlarda pul vəsaitləri çıxıb, müxtəlif məbləğlərdə pul vəsaitləri daxil olub.
Sonuncu daxil olmuş vəsait 900 manat olub.
Həmçinin müəyyən olunub ki, Verdiyev müxtəlif tarixlərdə ümumilikdə 1000 manat uduş əldə edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 3 min manat cərimə olunub.