Bakı-Tehran-Bakı reysi ləğv edildi

Bakı-Tehran-Bakı reysi ləğv edildi
09 Yan 2026 15:31

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib.

AZAL-dan News365.az-a verilən məlumata əsasən, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, sərnişinlər dərhal məlumatlandırılacaq.

“AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected]”, - məlumatda deyilir.


Sizin reklam burada
Sizin reklam burada