Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı seçilmiş 4 aylıq həbs qətimkan tədbiri fevralın 14-ü bitəcək.
News365.az xəbər verir ki, ötən il oktyabrın 14-də Səbail rayon məhkəməsi xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçmişdi.
Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri üzrə ittiham olunur.