ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib.
News365.az xəbər verir ki, The New York Times-a verdiyi müsahibədə Tramp bildirib ki, onun prezidentliyi dövründə atdığı addımlar Rusiyanın Ukrayna üzərində tam nəzarət qurmasının qarşısını alıb.
Trampın sözlərinə görə, bu gün Rusiya daha əvvəlkindən fərqli olaraq ABŞ-ın qlobal mövqeyindən çəkinir:
“Mən hesab edirəm ki, ABŞ-ın mövcud strategiyası Avropa ilə müttəfiqlik münasibətlərini daha da gücləndirəcək. Biz Avropaya sədaqətlə yanaşmışıq və bu sahədə yaxşı işlər görmüşük.”
O əlavə edib ki, əgər ABŞ-ın təsiri və diplomatik müdaxiləsi olmasaydı, Rusiya Ukraynanın bütün ərazilərini artıq ələ keçirmiş ola bilərdi.
Tramp bu açıqlamada özünün qərarlarının beynəlxalq səviyyədə sülh və sabitliyə necə təsir etdiyini vurğulayıb və Vaşinqtonun Avropa təhlükəsizliyindəki roluna diqqət çəkib.
News365.az