Əli Xamnəi etirazlar barədə ilk dəfə danışdı, çağırış etdi

Əli Xamnəi etirazlar barədə ilk dəfə danışdı, çağırış etdi
09 Yan 2026 15:56

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamnəi ilk dəfə ölkədə baş verən kütləvi etirazlara münasibət bildirib.

News365.az xəbər verir ki, o, etirazçılara çağırış edib.

Ali rəhbər iranlıları birliklərinə sahib çıxmağa çağırıb.

O, bəzi üsyançıların ABŞ-ni razı salmaq üçün ictimai əmlaka ziyan vurduğunu bildirib.

İranın ali lideri ABŞ Prezidenti Donald Trampın adını çəkərək “öz ölkənizdəki problemlərlə məşğul olun” deyib.


Sizin reklam burada
Sizin reklam burada