Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıtda 700 abonentin qazı kəsiləcək
09 Yan 2026 15:00

Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

News365.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.

Bildirilib ki, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.


Sizin reklam burada
Sizin reklam burada