Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE

Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE
08 Yan 2026 10:26

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Hasil Vasif oğlu Abbasov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri vəzifəsinə təyin olunub.

News365.az xəbər verir ki, Hasil Abbasov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2008-2010-cu illərdə Makquari Universitetində (Avstraliya) beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.

2012-2014-cü illərdə Dünya Bankı ilə birgə layihələrdə, 2014-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, ASAN İnnovativ İnkişaf Mərkəzinin direktoru, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.

2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.


Sizin reklam burada
Sizin reklam burada