İnşaatçılar küçəsində binanın eyvanı uçdu

İnşaatçılar küçəsində binanın eyvanı uçdu
09 Yan 2026 17:50

Bakının Yasamal rayonunda 5 mərtəbəli binanın 4-cü mərtəbəsində eyvan uçaraq yerə düşüb.

News365.az xəbər verir ki, hadisə İnşaatçılar küçəsi 5 ünvanında yerləşən Xəzər Dəniz Gəmiçiliyinin işçiləri üçün vaxtilə tikilən yataqxanada qeydə alınıb.

Hazırda əraziyə 157 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları gələrək təhlükənin aradan qaldırılması üçün tədbirlər görür.


Sizin reklam burada
Sizin reklam burada