Ağ Evdən gizli əməliyyat: İsrailin İran rəsmilərini öldürmək planı iflasa uğradı

Ağ Evdən gizli əməliyyat: İsrailin İran rəsmilərini öldürmək planı iflasa uğradı
15:23

İsrail İran nümayəndə heyətinin üzvlərinin, o cümlədən xarici işlər naziri Abbas Araqçi və parlament sədri Məhəmməd Baqer Qalibafın öldürülməsini planlaşdırıb.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndələri bu barədə bildiriblər.

İddialara görə, İranla danışıqların əvvəlində Ağ Ev Qalibafın İsrail tərəfindən hədəf siyahısında olduğunu öyrənib və Təl-Əvivdən ona qarşı mümkün sui-qəsddən çəkinməyi xahiş edib. Eyni zamanda İran tərəfi ABŞ-dan danışıqlar zamanı İsrailin gizli əməliyyat keçirməyəcəyinə dair zəmanət tələb edib.

Məlumata görə, Pakistan istiqamətindən qayıdan zaman İran təhlükəsizlik qüvvələri İsrailin Qalibafın olduğu təyyarəyə hücum etməyi planlaşdırdığını aşkarlayıb. Bu məqsədlə İraq hava məkanından İrana iki İsrail qırıcı təyyarəsinin daxil olduğu iddia edilir. Buna görə təyyarə yaxın hava limanında məcburi eniş edib və nümayəndə heyəti yoluna quru nəqliyyatla davam edib.


Sizin reklam burada
Sizin reklam burada