Orqanizmin "canqurtaranları": Təbii antioksidant mənbəyi olan 6 möcüzəvi qida - SİYAHI

Orqanizmin "canqurtaranları": Təbii antioksidant mənbəyi olan 6 möcüzəvi qida - SİYAHI
14:17

Xroniki xəstəliklərdən qorunmaq və hüceyrələrin qocalmasının qarşısını almaq üçün orqanizmin ən böyük silahı antioksidantlardır. Hüceyrələrə zərər vuran sərbəst radikalları neytrallaşdıran bu maddələr bir çox qidada mövcuddur. Ekspertlər xəbərdarlıq edir ki, tək bir məhsulla qidalanmaq balanssızlığa səbəb ola bilər, bu baxımdan rasionu zənginləşdirmək vacibdir.

News365.az "Verywell Health" nəşrinə istinadən, süfrəmizdən əskik etməməli olduğumuz ən güclü 6 təbii antioksidant mənbəyini təqdim edir:

1. Giləmeyvələr

Qaragilə, moruq, çiyələk və böyürtkən antioksidant baxımından ən zəngin meyvələr sırasındadır. Onların tərkibi orqanizmi qoruyan A, C, E vitaminləri və güclü bitki piqmenti olan antosianlarla doludur.

2. Lobya

Paxlalılar ailəsinin bu sevilən üzvü flavonoidlər və fenol turşuları ilə zəngindir. Məhz bu maddələr lobyanı güclü bir hüceyrə qoruyucusuna çevirir.

3. Alma

Almanın həm qabığında, həm də lətində yüksək miqdarda flavonoid və fenol birləşmələri var. Bu maddələr bədəndə iltihabəleyhinə xüsusiyyətləri ilə seçilir.

4. Çərəzlər

Xüsusilə qoz və pekan qozu polifenollarla ən zəngin çərəzlər sayılır. Lakin badam, fındıq, püstə, keşyu və yerfındığı da bu faydalı elementlərlə boldur.

5. Tünd şokolad

Şirniyyat sevənlər üçün xoş xəbər: tünd şokoladın əsas komponenti olan kakao katexinlər və flavonoidlərlə zəngindir ki, bu da onu yüksək antioksidant potensiallı qidaya çevirir.

6. Tünd yaşıl yarpaqlı tərəvəzlər

İspanaq, kələm, keyl, su kressi və manqold kimi tərəvəzlər karotinoidlər, həmçinin A, C, E vitaminlərinin real anbarıdır.

Bunu da bilmək faydalıdır:

Mərcangilə, artişok, qara gavalı, şirin albalı və kartof da antioksidantla zəngindir. İçkilərdən isə yaşıl və qara çay, təmiz meyvə şirələri (pomidor, nar, qreypfrut), süd əlavə edilməmiş qəhvə və şərab orqanizmə faydalı təsir göstərir.


Sizin reklam burada
Sizin reklam burada