Qazax rayonunda boğulan yeniyetmənin adı və Fotosu məlum oldu- YENİLƏNDİ

Qazax rayonunda boğulan yeniyetmənin adı və Fotosu məlum oldu- YENİLƏNDİ
05 İyl 2026 22:47

Xəbər verdiyimiz kimi Qazax rayonunda boğulan 14 yaşlı yeniyetmənin adı Murad Sadıqovdur. 

News365.az  yeniyetmənin fotosunu təqdim edir:


***

Qazax rayonunun Çaylı kəndində faciəvi hadisə baş verib.

News365.az-ın əldə etdiyi məlumata görə, kənd ərazisindən keçən çayın ekskavatorla qazılmış dərin hissəsində 14 yaşlı yeniyetmə yıxılaraq boğulma təhlükəsi ilə üzləşib.

Ətrafdakıların köməkliyi ilə yeniyetmə sudan çıxarılarkən hələ sağ olub. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası çağırılıb. Lakin göstərilən səylərə baxmayaraq, vəziyyəti ağır olan uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər yenilənəcək...


Sizin reklam burada
Sizin reklam burada