“Sabah”ın oyununa cəmi 3 min bilet satıldı

“Sabah”ın oyununa cəmi 3 min bilet satıldı
03 İyl 2026 13:52

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Sabah” – TNS (Uels) qarşılaşmasına indiyədək 3000 bilet satılıb.

Bu barədə klub məlumat yayıb. İyulun 7-də “Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 14-də Uelsdə keçiriləcək.

Qeyd edək ki, stadionun tamaşaçı tutumu 8600-dür. 


Sizin reklam burada
Sizin reklam burada