Tramp ilə Mask arasında buzlar əridi: Ağ Ev rəhbərindən "SpaceX" gözləntisi

Tramp ilə Mask arasında buzlar əridi: Ağ Ev rəhbərindən "SpaceX" gözləntisi
14:35

ABŞ Prezidenti Donald Tramp milyarder iş adamı İlon Maskla olan münasibətlərindən və gələcək planlarından danışıb.

News365.az-ın məlumatına görə, CNBC-yə müsahibə verən Tramp bir vaxtlar aralarında yaşanan soyuqluğun geridə qaldığını qeyd edib. Ağ Ev rəhbəri hazırda Maskla münasibətlərinin tamamilə qaydasında olduğunu vurğulayıb.

Prezident, həmçinin İlon Maskı dünyanın ilk trilyarderi (trilyonçusu) olması münasibətilə şəxsən təbrik etdiyini və bu məqsədlə ona xüsusi məktub ünvanladığını bildirib.

Tramp müsahibəsində rəsmi Vaşinqtonun yeni layihəsi barədə də maraqlı anons verib. O, iyulun 4-dən etibarən ABŞ-də azyaşlılar (18 yaşa qədər uşaqlar) üçün nəzərdə tutulan "Trump Accounts" adlı xüsusi yığım və investisiya proqramının start götürəcəyini elan edib. Dövlət başçısı İlon Maskın bu proqrama böyük dəstək verəcəyinə ümid edir:

"Düşünürəm ki, İlon Mask rəhbəri olduğu 'SpaceX' şirkətinin səhmlərini bu uşaq fondu üçün bağışlayacaq. Onun bunu edəcəyinə inanıram", - deyə Tramp əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada