Türkiyədə saxlanılan Dəniz Göktaşın atası Kemal Göktaşla bağlı yeni iddialar ortaya çıxıb.
News365.az xarici mediaya istinadla xəbır verir ki, Kemal Göktaş 1980-ci ildə baş vermiş Çorum hadisələrində aktiv iştirak edib.
Bildirilir ki, o, bir polis əməkdaşının həlak olması, digərinin isə yaralanması ilə nəticələnən terror hadisələrinə görə həbs cəzası çəkib.
Məlumatda həmçinin Kemal Göktaşın terror təşkilatının üzvü olduğu iddia edilir.
Rəsmi qurumlar tərəfindən bu iddialarla bağlı hələlik açıqlama verilməyib.