Ermənistanlı eks-nazir dəmir barmaqlıqlar arxasında qalmağa davam edəcək

Ermənistanlı eks-nazir dəmir barmaqlıqlar arxasında qalmağa davam edəcək
14:07

Ermənistanın eks-təhsil naziri və Respublika Partiyasının sədr müavini Armen Aşotyanın dəmir barmaqlıqlar arxasında qalma müddəti yenidən artırılıb.

Məhkəmə onun həbs qətimkan tədbirinin müddətini daha bir ay uzatmağa qərar verib.

Bu barədə sabiq nazirin hüquqlarını müdafiə edən vəkil Ruben Melikyan sosial şəbəkə hesabında məlumat yayıb. Vəkil hakim Vardkes Sarkisyanın çıxardığı bu qərarı kəskin tənqid edərək, müvəkkilini "siyasi məhbus" adlandırıb.

Xatırladaq ki, Armen Aşotyan ötən ilin iyun ayında Ermənistan İstintaq Komitəsinin keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb. O, daha 6 keçmiş yüksək rütbəli məmurla birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada