Ukraynalı maqnata sui-qəsd cəhdi: Şübhəli qadın barədə "Qırmızı bildiriş"

Ukraynalı maqnata sui-qəsd cəhdi: Şübhəli qadın barədə "Qırmızı bildiriş"
15:50

Interpol Monakoda ukraynalı biznesmenə qarşı törədilən partlayış hadisəsi ilə bağlı şübhəlinin kimliyini açıqlayıb.

News365.az-ın ABC News-a istinadən verdiyi məlumata görə, İnterpol hadisə ilə əlaqədar Ukrayna vətəndaşı, 39 yaşlı Anastasiya Berezovskanı beynəlxalq axtarışa verib.

Təşkilatın saytında yerləşdirilən “Red Notice” bildirişində qeyd olunub ki, Berezovska qəsdən adam öldürməyə cəhd və digər ittihamlarla Monako hüquq-mühafizə orqanları tərəfindən axtarılır.

Məlumata əsasən, şübhəlinin sağ qolunda çiyindən dirsəyə qədər uzanan ilan döyməsi var. Onun tünd saçlı olduğu və alman dilində danışdığı bildirilib.

Qeyd edək ki, Monakoda baş verən partlayışın Rusiya ilə əlaqələri olduğu bildirilən ukraynalı maqnatı hədəf aldığı iddia olunur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada