Milli Məclisin deputatları Əziz Ələkbərov, Qaya Məmmədov, Ramil Həsən, Məlahət İbrahimqızı, Tənzilə Rüstəmxanlı mayın 18-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.
News365.az-ın məlumatına görə, deputatlar "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" adlı beynəlxalq konfransda iştirak edəcəklər.
Səfər zamanı deputatlar, həmçinin Türkiyə Böyük Millət Məclisi, Ədalət və İnkişaf Partiyasının rəsmiləri ilə təşkil olunacaq görüşlərə də qatılacaqlar.
Qeyd edək səfər mayın 22-də başa çatacaq.