Maliyyə Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinin aparatında və tabeli qurumlarında maliyyə yoxlamalarına başlayıb.
News365.az xəbər verir ki, bu barədə məlumat Tribunainfo.az məlumat yayıb.
Məlumatda deyilir ki, yoxlamalar əsasən Yaşıllaşdırma Təsərrüfatı Birliyində həyata keçirilir.
Daha doğrusu, əsas ciddi yoxlamalar bu qurumda reallaşır. Mənbənin sözlərinə görə, bu Yaşıllaşdırma Təsərrüfatı Birliyində maliyyə pozuntularının daha çox olmasının göstəricisi hesab oluna bilər.
Bildirək ki, hazırda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Seyidov Mirdaməd Mirhüseyn oğludur. O, bu posta 20203-cü ildə təyinat alıb. O, Həsrət Əmrahovu əvəz edib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.