Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp növbəti dəfə özünün “Truth” sosial media hesabında üzərində Venesuelanın xəritəsi və "51-ci ştat" yazısı olan şəkil paylaşıb.
Həmin şəkildə Bolivar Respublikasının ərazisi ABŞ-ın bayrağının rəngləri ilə rənglənib.
Qeyd edək ki, Donald Tramp əvvəllər də oxşar şəkillər paylaşıb. O, dəfələrlə Venesuela, Kanada və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ehtimalını müzakirə edib.
Bu il yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi hədəflərə hücum edib, Prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores tutularaq ABŞ-yə aparılıblar.