Avropa İttifaqı (Aİ) rəsmiləri sentyabrın 8-də Vaşinqtonda Rusiyaya qarşı məhdudiyyətlərlə bağlı danışıqlar aparacaqlar.
News365.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Nümayəndə heyətinə Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan başçılıq edəcək. ABŞ Maliyyə Nazirliyində keçiriləcək görüşdə Rusiyaya qarşı iqtisadi təzyiq vasitələri, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq.
Daha əvvəl Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Aİ komandasının Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün ABŞ-yə getməyi planlaşdırdığı barədə məlumat vermişdi.