“Vaşinqton görüşündə sülh sazişinin detalları razılaşdırıla bilər” Züriyyə Qarayeva

“Vaşinqton görüşündə sülh sazişinin detalları razılaşdırıla bilər” Züriyyə Qarayeva
15:16

"Vaşinqtonda keçiriləcək görüşlərdə əsas müzakirə mövzusu Azərbaycan və Ermənistan arasında sülh sazişinin detallarının razılaşdırılması olacaq."

Politoloq Züriyyə Qarayeva bu sözləri News365.az-a açıqlamasında deyib. 

"ABŞ bu prosesdə vasitəçi rolunu gücləndirməyə və regionda sabitliyin təmininə töhfə verməyə çalışır. Görüşdə tərəflər arasında sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması, humanitar məsələlər (minalanmış ərazilər, itkin düşənlər və s.) üzrə konkret addımlar müzakirə oluna bilər. Eyni zamanda, Vaşinqton formatında danışıqların institusional əsaslarla davam etdirilməsi barədə razılıq əldə olunması mümkündür.

Zəngəzur dəhlizi məsələsinin də birbaşa olmasa da, dolayı şəkildə gündəmə gələcəyi ehtimal olunur. Çünki bu mövzu regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və sülh müqaviləsinin ümumi strukturuna bağlı şəkildə qiymətləndirilir. ABŞ bu məsələyə daha çox “bütün region üçün açıq və qarşılıqlı faydalı nəqliyyat əlaqələri” prizmasından yanaşır. Odur ki, Zəngəzur dəhlizinin konkret adı çəkilməsə də, onun prinsipial əsasları danışıqlar zamanı toxunulan mövzulardan biri ola bilər."


Sizin reklam burada
Sizin reklam burada