Vaşinqton görüşü dünya mediasında

Vaşinqton görüşü dünya mediasında
09:15

Bu gün ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək “Tarixi Sülh Zirvəsi” dünya mediasının diqqət mərkəzindədir. 

News365.az xatırladır ki, Ağ Evdə baş tutacaq üçtərəfli görüş regionda uzun illərdir davam edən münaqişənin həlli istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Beynəlxalq mətbuat görüşün tarixi əhəmiyyətini xüsusi vurğulayır.

Financial Timesyazır ki, Vaşinqtonun təşəbbüsü ilə baş tutacaq sammit Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün “nadir fürsət” hesab olunur.

Politicoisə prosesin ABŞ diplomatiyasının son illərdə bölgədə atdığı ən iddialı addımlardan biri olduğunu qeyd edir.

Məlumata görə, tərəflər Ağ Evdə keçiriləcək qapalı danışıqlarda sülh sazişinin əsas maddələri üzərində razılıq əldə etməyə çalışacaqlar. Zirvənin nəticələrinin regionun gələcək siyasi mənzərəsinə ciddi təsir göstərəcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada