Süni mayalanma günümüzün reallığıdır. Və öz spermasını satanlarda cəmiyyətimizdə kifayət qədər çoxdur. Bu acı reallıq fonunda uşağın öz valideynlərini genetik cəhətdən tanıması da problemdir.
Mövzu ilə bağlı danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, “Uşaq hüquqları haqqında” yeni Qanun qüvvəyə minib:
"Əvvəlkindən daha böyük olsa da, köklü yenilik yoxdur. Həmişəki kimi hansısa qurumun “yeni Qanun hazırlayıb qəbul etdirmişik” deməsi üçün ortaya çıxarılmış bir şeydir. Lakin əsas iki məqamdır. Yeni Qanunda da uşaq pulu haqqında heç nə deyilmir. Ac uşağın digər hansı hüququ ola bilər ki? Kağız üzərində olan bir şeydir də. Məsələn, əvvəlki kimi yeni Qanun da deyir ki, uşağın valideynini tanımaq hüququ var. Amma reallıqda Azərbaycanda anonim süni mayalanma geniş yayılıb və uşaq atasını tanımaq imkanından məhrumdur. Halbuki, müqayisə üçün Avropada da, Türkiyədə də, Rusiyada da anonim süni mayalanma qadağandır. Uşaq hüquqlarını qorumaq istəyən bax beləcə real qoruyur, gündə söz yığını olan yeni qanun qəbul etmir…"
News365.az