ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar prosesinə dair növbəti açıqlama verib. O, Tehranın razılaşmaya maraq göstərdiyini bildirərək, daxildə səslənən tənqidlərin diplomatik səylərə mənfi təsir etdiyini vurğulayıb.
News365.az-ın məlumatına görə, Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.
ABŞ liderinin sözlərinə görə, İranla əldə olunacaq mümkün saziş həm Vaşinqtonun, həm də tərəfdaş ölkələrin maraqlarına cavab verə bilər. O bildirib ki, bəzi siyasi dairələrin davamlı tənqidləri danışıqlar prosesini mürəkkəbləşdirir.
Tramp qeyd edib ki, müxalif siyasi qüvvələr və bəzi respublikaçıların səsləndirdiyi ziddiyyətli fikirlər qərarların qəbulunu və diplomatik fəaliyyətin həyata keçirilməsini çətinləşdirir.
ABŞ Prezidenti vətəndaşları prosesin gedişinə səbirli yanaşmağa çağıraraq, yekunda müsbət nəticənin əldə olunacağına inandığını ifadə edib. Onun sözlərinə görə, hazırkı mərhələdə ən vacib məsələ danışıqların nəticəyə yönəlmiş şəkildə davam etdirilməsidir.
News365.az