2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.
News365.az xəbər verir ki, müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.