10 reysin uçuşu gecikir: SƏBƏB NƏDİR?

10 reysin uçuşu gecikir: SƏBƏB NƏDİR?
01 İyn 2026 11:10

Rusiyanın Soçi şəhərində yerləşən "Sochi International Airport" hava limanında 10 reysin uçuşu və enişi gecikir.

News365.az xəbər verir ki, bu barədə hava limanının elektron məlumat lövhəsində bildirilib.

Məlumata görə, dörd reysin uçuşunda gecikmə qeydə alınıb. Bunlardan ikisi Moskva, biri Ufa, digəri isə Çeboksarı istiqamətinə nəzərdə tutulub.

Bundan başqa, Yekaterinburq, Kemerovo, Novokuznetsk, Abakan, Ufa və Çeboksarı şəhərlərindən Soçiyə gələn altı reys də gecikib.

Hava limanının mətbuat xidmətindən bildirilib ki, gecikmələr təyyarələrin gec çatması ilə əlaqədardır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada