DİM-dən yenilik: bu testlərdən keçməklə ixtisası müəyyən etmək mümkün olacaq

DİM-dən yenilik: bu testlərdən keçməklə ixtisası müəyyən etmək mümkün olacaq
14:31

Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

News365.az xəbər verir ki, iyunun  8-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək.

“Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Bu testlərdən keçməklə gələcək ixtisası müəyyən etmək mümkün olacaq.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testdə iştirak etmək üçün qeydiyyat 7 iyun saat 12:00-dək davam edəcək:

https://exidmet.dim.gov.az/elimt/peshe


Sizin reklam burada
Sizin reklam burada