Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapura rəsmi səfər edəcək.
News365.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.
Məlumata görə, səfər çərçivəsində Hakan Fidanın Lourense Vong tərəfindən qəbul olunması, həmçinin Sinqapurun xarici işlər naziri Vivian Balakrishnan və daxili işlər naziri, milli təhlükəsizlik üzrə əlaqələndirici nazir K. Shanmugam ilə görüşməsi nəzərdə tutulur.
Nazirin həmçinin "The International Institute for Strategic Studies" (IISS) beyin mərkəzi tərəfindən təşkil olunan “Raffles Lectures” tədbirində çıxış edəcəyi gözlənilir.
Sinqapura ilk rəsmi səfərini həyata keçirəcək Hakan Fidanın görüşlər zamanı Türkiyə ilə Sinqapur arasında 2015-ci ildə imzalanmış Azad Ticarət Sazişi əsasında ikitərəfli ticarət dövriyyəsinin artırılmasının və qarşılıqlı investisiyaların şaxələndirilərək gücləndirilməsinin vacibliyini vurğulayacağı bildirilir.
News365.az