“Liverpul”un yeni baş məşqçisi bəlli olub.
News365.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, Mersisayd klubunun yeni çalışdırıcısı ispaniyalı mütəxəssis Andoni İraola olacaq.
Qeyd edək ki, “Liverpul” bir müddət əvvəl baş məşqçi Arne Slot ilə yollarını ayırıb.