Uşağın dama çıxıb etdiyi hərəkət gündəm oldu - VİDEO

Uşağın dama çıxıb etdiyi hərəkət gündəm oldu - VİDEO
11:20

Şanlıurfada keçirilən “Narko-Kapan” əməliyyatı zamanı yaşanan hadisə sosial şəbəkələrdə böyük maraq doğurub.

News365.az xəbər verir ki, əməliyyata havadan dəstək verən polis helikopterini evlərinin damından əlində Türkiyə bayrağı ilə salamlayan azyaşlı Abdullah Emre Altayın görüntüləri helikopterin kamerasına düşüb.

Balaca uşağın vətənpərvər davranışı polis əməkdaşları tərəfindən də diqqətdən kənarda qalmayıb. Polis rəisi Atilla Aksoy Abdullah Emreni qəbul edərək ona Türkiyə bayrağı, velosiped və oyuncaq avtomobil hədiyyə edib.

 


Sizin reklam burada
Sizin reklam burada