Ukraynanın keçmiş müdafiə naziri Mixail Fydorov İtaliyanın müdafiə naziri Guido Krosettonun müşaviri vəzifəsinə təyin olub.
News365.az xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.
"Göstərilən etimada və strateji tərəfdaşlığa görə minnətdaram. Bu vəzifədə mən İtaliyaya müasir döyüş texnologiyalarını inkişaf etdirməkdə və müdafiə sektorunu təkmilləşdirməkdə kömək edəcəyəm", - deyə qeyd edib.