Körpələr ağlayanda niyə “inqə” səsi çıxarır?

Körpələr ağlayanda niyə “inqə” səsi çıxarır?
19:00

Körpələrin ağlayanda niyə “inqə” səsi çıxarmasının səbəbi araşdırılıb. 

News365.az xəbər verir ki, körpələrin ağlayarkən “inqə” səsi çıxarması onların fizioloji inkişafı və səs aparatının xüsusiyyətləri ilə bağlıdır.

Yenidoğulmuşlar hələ danışa bilmədikləri üçün aclıq, yuxu, narahatlıq və digər ehtiyaclarını ağlamaqla ifadə edirlər. Ağlama zamanı nəfəsin səs tellərindən keçməsi, ağız və boğazın vəziyyəti müxtəlif səslərin yaranmasına səbəb olur.

Mütəxəssislərin izahına görə, körpənin çıxardığı “inqə” səsi şüurlu şəkildə seçilmiş söz deyil. Bu, onun ağlamasının təbii formalarından biridir. Körpə böyüdükcə səs imkanları genişlənir və tədricən fərqli səslərlə ünsiyyət qurmağa başlayır.


Sizin reklam burada
Sizin reklam burada