Bir dəfəyə neçə siqaret çəkmək həyati təhlükə yarada bilər?

Bir dəfəyə neçə siqaret çəkmək həyati təhlükə yarada bilər?
18:45

Siqaretin qısa müddətdə çox miqdarda çəkilməsi nikotin zəhərlənməsinə və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

News365.az xəbər verir ki, lakin insanın neçə siqaret çəkdikdən sonra öləcəyini dəqiq rəqəmlə müəyyən etmək mümkün deyil. Bu, qəbul edilən nikotinin miqdarından, orqanizmin xüsusiyyətlərindən və digər amillərdən asılıdır. 

Nikotinin həddindən artıq qəbulu ürək döyüntüsünün sürətlənməsi, ürəkbulanma, qusma, başgicəllənmə, tərləmə və tənəffüs çətinliyi ilə nəticələnə bilər. Ağır zəhərlənmə zamanı qıcolma, ürək ritminin pozulması və tənəffüs çatışmazlığı da baş verə bilər.

Mütəxəssislər bildirirlər ki, siqaretin təhlükəsi yalnız onun sayından asılı deyil. Nikotinə fərdi həssaslıq, siqaretlərin tərkibi və qısa müddətdə nə qədər nikotinin orqanizmə daxil olması da mühüm rol oynayır.



Sizin reklam burada
Sizin reklam burada