Ukraynaya pilotsuz uçuş aparatları tədarük edən Almaniyanın müdafiə şirkəti "Helsinq" ölkənin cənubunda yerləşən məxfi obyektdə dronlar istehsal edir.
News365.az bildirir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, zavod şəhərətrafı sənaye zonasında yerləşir və ən sərt təhlükəsizlik tədbirləri altında fəaliyyət göstərir.
Digər tərəfdən, şirkətin adı onun ərazisində heç bir yerdə göstərilmir, işçilər "gizlilik şərtləri" ilə bağlı müqavilə imzalayıblar. Təhlükə yarandıqda istehsalat bir gün ərzində bağlana və başqa yerə köçürülə bilər.
Qəzet yazır ki, 2024-cü ilin sonundan bəri bu şirkət Ukraynaya minlərlə dron tədarük edib.
Yanvar ayında "Blumberq" Almaniya Müdafiə Nazirliyinin hesabatına və mənbələrə istinadən məlumat vermişdi ki, Ukrayna cəbhə xəttində keçirilən dron sınaqlarının uğursuz nəticələnməsindən sonra "Helsinq" şirkətindən əlavə HX-2 zərbə dronlarının sifarişini dayandırıb.