Ukraynanı maliyyələşdirən xarici şirkətlər Rusiyaya geri qayıda bilməyəcək

Ukraynanı maliyyələşdirən xarici şirkətlər Rusiyaya geri qayıda bilməyəcək
15:30

Ukrayna silahlı qüvvələrini maliyyələşdirən xarici şirkətlər Rusiya üçün düşmənə çevrilib və Rusiyaya geri qayıda bilməyəcəklər.

News365.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

"Ukrayna ordusunu maliyyələşdirənlər - bu, artıq tamam başqa məsələdir. Belə şirkətlər artıq düşmənə çevrilib və onlara da düşmən kimi yanaşmaq lazımdır”, – Peskov vurğulayıb.

Xatırladaq ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bir çox xarici şirkət Rusiyada fəaliyyətini dayandırmaq qərarı verib. Onların bir qismi Ukrayna silahlı qüvvələrinə maliyyə dəstəyi göstərdiyini açıq şəkildə bəyan edib.


Sizin reklam burada
Sizin reklam burada