Ukraynalılar mühasirədən rus hərbi geyimində qaçırlar?

Ukraynalılar mühasirədən rus hərbi geyimində qaçırlar?
11:50

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbi polis Kursk vilayətinin sərhədlərində Ukrayna Silahlı Qüvvələrinin (VSU) Rusiya hərbi qulluqçularına məxsus paltarı geyinmiş əsgərlərini müəyyənləşdirərək saxlayırlar. Bu barədə TASS anonim mənbəyə istinadən məlumat yayıb.


“Sağ qalan Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları məskunlaşdıqları ərazilərdə mülki şəxslər kimi maskalanıblar. Hərbi və təhlükəsizlik qüvvələri işğalçıları müəyyənləşdirir və saxlayırlar. Yerli sakinlər rus döyüşçülərinə şübhəli şəxslər haqqında operativ məlumat verməklə neonasistlərin müəyyən edilməsində əvəzsiz yardım göstərirlər”, - mənbə agentliyə bildirib.


Martın 13-də “Şimal” qüvvələr qrupunun komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kurskun 2024-cü ilin avqustunda başlamış işğalına son qoyulması üzrə əməliyyatın son mərhələsinə çatdığını bildirib.

Bundan əvvəl Putin Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada