“Data üçün bizə 2000 nəfərin nəticəsi lazımdır”.
News365.az xəbər verir ki, bunu “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, data nəticələrinin formalaşması üçün hər bir yaş həddindən olan 2000 nəfərin nəticəsi lazımdır:
“Mən inanıram ki, 2000 nəfər tapılacaq. Çox istərdim ki, Yazıçılar İttifaqının üzvləri bu imtahanda iştirak etsinlər”.