ABŞ aktyorları Trampın vəzifədən uzaqlaşdırılmasını tələb ediblər

ABŞ aktyorları Trampın vəzifədən uzaqlaşdırılmasını tələb ediblər
02 Mar 2026 23:15

ABŞ və İsrailin İran əməliyyatlarından sonra bir sıra amerikalı sənətçilər Trampa qarşı çıxış edib. 

News365.az xəbər verir ki, incəsənət nümayəndələri Mark Ruffalo, Rosie O’Donnell, Carrie Coon, Stephen King, John Cusack və Harrison Ford sosial mediada sərt mesajlar paylaşıblar.

Belə ki, Mark Ruffalo Trampın İran üzrə danışıqlarda rol alan kürəkəni haqqında yazını paylaşaraq müharibə siyasətini tənqid edib. Rosie O’Donnell isə Trampı yalan danışmaqda ittiham edərək onun vəzifədən uzaqlaşdırılmasını tələb edib.

Stephen King isə müharibə elan etmə səlahiyyətinin ABŞ Konqresinə aid olduğunu vurğulayıb və Trampa qarşı sərt ifadələr işlədib. 

Digər məşhurlar da administrasiyanı müharibə təhrikində günahlandırıb.


Sizin reklam burada
Sizin reklam burada