Tanınmış jurnalist Nailə Balayeva bir vaxtlar İranda şah rejminə qarşı döyüşən babasını xatırlayaraq təsirli yazı yazıb.
News365.az yazını sizə təqdim edir:
“Mən əslən Təbrizliyəm. Molla rejimi hakimiyyətə gələndə. İranlılar sıra ilə ömrü boyu şah rejimi ilə döyüşən və milli hökümət iflasa uğrayandan sonra şimala üz tutan babamın yanına gəlib göz aydınlığı verirdi. Çox hörməti var idi onların arasında. Firqədə ikinci adam idi. Babam isə dönüb dedi ki, “Şahdan can qurtarmaq asan olardı. Molladansa yox. Bu rejim İranı 100 il dala salacaq”. Necə ki, oldu.
Babamla bir-birimzə çox bağlı idik. Ölüm yatağında olanda mənə bir vəsiyyət elədi. İran molla rejimindən xilas olanda sağ olsan, mənim qəbrimi ziyarət edib, baş daşıma vurarsan. Mənə ayan olsun! Allah eləsin bu vəsiyyəti icra etmək qismət olsun! Dünyəvi Təbrizə ayaq qoymaq arzusu ilə Allah bütün azadlıq fədailərinə qüvvət, ölənlərə rəhmət eləsin”.