İdarəsinin rəisindən tapşırıq: Qadınlara ayaqyoluya getmək qadağan edildi - İDDİA

İdarəsinin rəisindən tapşırıq: Qadınlara ayaqyoluya getmək qadağan edildi - İDDİA
00:31

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev idarənin qadın işçilərinə qarşı xüsusi "rejim" tətbiq edib.

News365.az xəbər verir ki, bu barədə Oxu.Az-a videogörüntü və səsyazısı təqdim olunub. Həmin görüntü və səsyazılarında iddia olunur ki, A.Quliyev idarənin 12 qadın əməkdaşını xüsusi rejimdə işlədir. Belə ki, qurum rəhbərinin tapşırığı ilə həmin xanımlar və onlara nəzarət edən işçilər arasında "Şəhər-2" "WhatsApp" qrupu yaradılıb.


Qaydalara əsasən, qadınlar hər gün səhər saat 09:00-dan 18:00-a qədər rayon ərazisində istifadəsiz kanalın ətrafında postlar qurmalı və həmin kanalı mühafizə etməlidirlər. Qadınlar xüsusi məsafələrlə kanalboyu düzülüb, həmin kanala "nəzarət" edirlər. Axşam saat 18:00-a qədər ərazini tərk edən xanım işçi dərhal işdən azad edilir.



Qaydalara əsasən, qadınlar hər gün səhər saat 09:00-dan 18:00-a qədər rayon ərazisində istifadəsiz kanalın ətrafında postlar qurmalı və həmin kanalı mühafizə etməlidirlər. Qadınlar xüsusi məsafələrlə kanalboyu düzülüb, həmin kanala "nəzarət" edirlər. Axşam saat 18:00-a qədər ərazini tərk edən xanım işçi dərhal işdən azad edilir.

Qaydalara görə, həmin qadınlar səhər saat 09:00-dan başlayaraq, hər iki saatdan bir telefonla olduğu ərazini, mühafizə etdiyi yeri, saatı deməklə videogörüntü çəkməli, A.Quliyevin tapşırığı ilə yaradılmış qrupa atmalıdır. Həmin görüntülər hər qadına verilən xüsusi "kod" vasitəsilə deyilməlidir. Videolar qrupda A.Quliyevin təyin etdiyi nəzarətçi kişi tərəfindən yığılaraq "arxivləşdirilir" və rəisə təqdim edilir.

Ən qəribəsi isə odur ki, gün ərzində kanalın yanında "post"da dayanan hər bir qadın təbii ehtiyaclarını ödəmək üçün (ayaqyoluya getmək üçün) günün sonuna qədər cəmi bir dəfə olmaqla, 20 dəqiqə müddətinə ərazini tərk edə bilər. 20 dəqiqədən gec "post"a qayıdan qadın işdən çıxarılır.


Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətinə müraciət etdik. Agentlikdən bildirdilər ki, məsələ daxili audit tərəfindən araşdırılacaq və günahkar şəxslər barədə tədbir görüləcək.

Bundan sonra hadisə daha qəribə istiqamətdə "inkişaf edib". Belə ki, iddiaya görə, biz məlumatı agentliyə təqdim edəndən dərhal sonra A.Quliyevin tapşırığı ilə həmin "Şəhər-2" "WhatsApp" qrupu ləğv edilib. Şikayətçilər iddia edirlər ki, rəis agentliyə müraciət olunduğunu biləndən sonra qrupu ləğv edib, əvəzində yeni qayda tətbiq edib. Bu qaydaya əsasən isə həmin qadınlara gün ərzində təbii ehtiyaclarını ödəmək üçün verilən 20 dəqiqəlik icazə də ləğv olunub. Yəni onlara iş vaxtı ərzində kanalın yanından aralanmağa ümumiyyətlə icazə verilmir.

Məlumata görə, idarənin işçisi, keçmiş məcburi köçkün kimi idarənin həyətindəki yarımtikilidə məskunlaşmış Zeynəb Aslanova təbii ehtiyacını ödəmək məqsədilə təhkim olunduğu ərazini 10 dəqiqəlik tərk edib. Bundan xəbər tutan rəis Asəf Quliyevin tapşırığı ilə Z.Aslanovaya xidməti məlumat yazılıb və ərizəsini alınaraq işdən azad edilib.
Xatırladaq ki, ADSEA-nın rəhbəri Zaur Mikayılov qudalarını özünə müşavir təyin edən məmur kimi məşhurdur.


Sizin reklam burada
Sizin reklam burada