Ukraynada məşhur ingilis snayper öldürüldü

Ukraynada məşhur ingilis snayper öldürüldü
09:41

Ukrayna Silahlı Qüvvələrinin (VSU) sıralarında döyüşən Böyük Britaniyadan olan 23 yaşlı Aleksandr Qarms-Rizzi öldürülüb. Bu barədə “Sun” qəzeti Ukrayna hərbçilərinə istinadən məlumat yayıb.


Nəşrin məlumatına görə, həmin şəxs Britaniya ordusundan qaçıb və snayper atıcısı imiş.O, Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində "Saşa" çağırış nişanı ilə döyüşüb. İngilis muzdlu bu şəhərdə "Sun"a müsahibə verməli idi. Lakin o, qəfildən müsahibəni ləğv edib. Hərbi hissə komandiri bildirib ki, döyüşçü yanvarın 27-də pilotsuz təyyarənin hücumu nəticəsində ölümcül yaralanaraq dünyasını dəyişib.

Nəşrə o da bildirilib ki, Aleksandrın cəsədi çox təhlükəli ərazidə qaldığı üçün onu döyüş bölgəsindən çıxarmaq mümkün olmayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural