"Ruslarla bir daha döyüşməməliyik!" -Alman professor

"Ruslarla bir daha döyüşməməliyik!" -Alman professor
01 Fev 2025 11:25

Almanlar və ruslar bir daha döyüşməməlidirlər. Rusiya mediasının yaydığı məlumata görə, bunu Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində məruzə ilə çıxış edən almaniyalı məşhur professor Hans Bernhard Volf deyib.

“Almanların və rusların bir daha bir-birlərinə atəş açmasına heç vaxt icazə verilməməlidir!", - o qeyd edib.

Alimin fikrincə, əsrlər boyu düşmən olan Almaniya və Fransa davamlı sülh və dostluğa nail ola biliblər. O hesab edir ki, bir gün bu, Almaniya ilə Rusiya arasında da mümkün olacaq. Volf qeyd edib ki, iki dövlət bu istiqamətdə işləməlidir.

O, həmçinin Ukrayna münaqişəsinin tezliklə bitməsinə və Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvinə ümid etdiyini bildirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada