Türkiyədə dələduzlara qarşı əməliyyat keçirilib.
News365.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata görə, 13 şəhərdə həyata keçirilən *Hücre-7* əməliyyatı çərçivəsində mütəşəkkil cinayətkar qrupun zərərsizləşdirildiyini bildirib.
Əməliyyatda 88 şübhəli saxlanılıb, onlardan 61-i həbs edilib, 27-si isə məhkəmə nəzarətinə götürülüb.
Qrup üzvləri vətəndaşları saxta vəkillik və icra borcları adı altında dələduzluqla aldadıb.
Əməliyyat zamanı silahlar, narkotik maddələr, külli miqdarda pul və müxtəlif rəqəmsal materiallar ələ keçirilib.