İranın nüvə proqramını inkişaf etdirməyə çalışan Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatı Tehranın kosmik proqram obyektlərinin pərdəsi altında fəaliyyət göstərir. Bu barədə Fox News telekanalı məlumat yayıb.Telekanal öz mənbələrinə istinad edib.
“Bir neçə ay ərzində toplanmış sübutlar göstərir ki, İranın əsas nüvə agentliyi olan Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı əvvəllər kosmik proqramların işlənib hazırlanması məntəqələri kimi tanınan iki sahədə fəaliyyət göstərir”, - deyə telekanalın xəbərində qeyd edilib.
O da vurğulanıb ki, söhbət "Şahrud" kosmik mərkəzindən, həmçinin Semnan şəhərindəki kosmodromdan gedir.
ABŞ-nin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən orta mənzilli ballistik raketlər hazırlamaq üçün istifadə etməsindən şübhələndiyi Şahrud kosmik mərkəzində hazırda Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatının "böyük qüvvələri" yerləşir.
Fox News onu da xatırladıb ki, Tehran 2024-cü ilin dekabrında Semnan buraxılış ərazisindən kosmosa indiyə qədər tarixinin ən ağır maye yanacaqla işləyən raketini buraxıb.
Məqalədə qeyd olunur ki, İran maye yanacaqla işləyən raketlərin hazırlanması texnologiyasını inkişaf etdirməyə davam edir. Məsələn, “Simurq” raketi kosmosa daha ağır peyklər çıxarmaq üçün istifadə oluna bilər, lakin eyni zamanda o, nüvə yükü daşımaq qabiliyyətinə malikdir.
Tural